BAKI, TurkicWorld
Türkiyə 2025-cü ilin avqust ayında Azərbaycana hazır geyim ixracını 2024-cü ilin eyni dövrü ilə müqayisədə 12,1 faiz artaraq, 6 milyon 165 min 67 dollara çatdırıb.
Bu barədə TurkicWorld-a Türkiyə Ticarət Nazirliyindən məlumat verilib.
2025-ci ilin yanvar – avqust aylarında Türkiyədən Azərbaycana hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 16,6 faiz azalaraq, 32 milyon 759 min 93 dollara bərabər olub.
Qeyd edək ki, 2025-ci ilin yanvar-avqust aylarında Türkiyənin hazır geyim ixracı ötən ilin eyni dövrü ilə müqayisədə 6,5 azalaraq, 11 milyard 227 milyon 619 min dollara bərabər olub.
“Bu ilin avqust ayında Türkiyə 1 milyard 525 milyon 708 min dollar məbləğində hazır geyim ixrac edib ki, bu da keçən ilin avqust ayı ilə müqayisədə 8,5 faiz azalaraq” – deyə nazirlikdən bildirilib.
Qeyd olunub ki, son 12 ay ərzində (avqust 2024-avqust 2025) Türkiyə 17 milyard 125 milyon 661 min dollar məbləğində hazır geyim ixrac edib.