EN

Cari ilin 8 ayında artıq 218 nəfər Vətən müharibəsi qazisi tam reabilitasiya olunaraq yenidən aktiv həyata qayıdıb

Xalq qazeti saytından alınan məlumata görə, ain.az bildirir.

Son illər aparılan ardıcıl sosial islahatlar çərçivəsində ölkəmizdə reabilitasiya infrastrukturunun müasir tələblərə uyğun qurulması və şəbəkəsinin genişləndirilməsi, yeni avadanlıqlarla təchizatı istiqamətində mühüm işlər aparılıb.

Postmüharibə dövründə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 4452 nəfər Vətən müharibəsi qazisinə əlillik təyin edilib, o cümlədən 500-ə yaxın qazimiz 612 son nəsil yüksək texnologiyalı protezlə təmin edilib.

Bu barədə nazirliyin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə,Vətən müharibəsindən sonra Agentliyin reabilitasiya mərkəzlərində 3665 nəfər müharibə iştirakçısı, habelə onların ailə üzvləri və şəhid ailəsi üzvləri reabilitasiya və sosial-psixoloji xidmətlərlə təmin edilib.Peşəkar həkim komandasının səyləri, müasir və effektiv reabilitasiya üsullarının tətbiqi hesabına onların böyük hissəsi artıq əvvəlki sağlamlıqlarına qovuşaraq əlilliklərini geridə qoyublar.

Agentlik tərəfindən qazilərin sağlamlığının bərpası, onların cəmiyyətə adaptasiyası istiqamətində görülən işlərin nəticəsi olaraq cari ilin  8 ayında artıq 218 nəfər Vətən müharibəsi qazisi tam reabilitasiya olunaraq yenidən aktiv həyata davam edirlər.

Müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə səmərəli reabilitasiya xidmətlərinin göstərilməsi, tibbi-sosial reabilitasiya imkanlarının artırılması Agentliyin əsas hədəflərdən biridir.

Mustafa KamalXQ

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Chosen
29
5
xalqqazeti.az

8Sources