EN

Qadın lotereyadan 150 min dollar uddu, hərəkəti hamını şoka saldı

ain.az, Lent az portalına istinadən məlumat yayır.

ABŞ-ın Virciniya ştatının sakini Kerri Edvards “Powerball” lotereyasından 150 min dollar udub. Lakin o, bu vəsaiti özünə xərcləmək əvəzinə tamamilə xeyriyyə işlərinə yönəldib və bu addımı ilə lotereya təşkilatçılarını təəccübləndirib.

Lent.az xarici mediaya istinadla bildirir ki, “Virginia Lottery” təşkilatçılarının məlumatına görə, 8 sentyabr tirajında Edvards beş əsas rəqəmdən dördünü və əlavə “Powerball” nömrəsini düzgün seçib. Belə kombinasiya adətən 50 min dollar qazandırır, lakin Edvardsın uduş biletinə əlavə 1 dollar ödəyərək multiplikator seçməsi nəticəsində məbləğ üçqat artaraq 150 min dollara yüksəlib.

16 sentyabrda qadın uduşunu alıb və dərhal elan edib ki, məbləği hər birinə 50 min dollar verməklə üç təşkilat arasında böləcək. Seçimini o, Virciniyada keçirilən lotereya tədbiri zamanı izah edib.

İanələrin benefisiarları bunlar olub:

•    AFTD – Fronto-Temporal Degenerasiya Assosiasiyası – frontotemporal degenerasiyadan əziyyət çəkən insanlara və onların ailələrinə dəstək göstərir. Kerri Edvardsın həyat yoldaşı Stiv Edvards ötən il məhz bu xəstəlikdən vəfat edib.

•    Shalom Farms – Riçmondda yerləşən, fermerlik və ərzaq ədaləti ilə məşğul olan təşəbbüs. Kerri burada könüllü kimi fəaliyyət göstərir.

•    ABŞ Hərbi Dəniz Qüvvələri və Dəniz Piyada Korpusu Yardım Cəmiyyəti – hərbçilərə və onların ailələrinə dəstək göstərən xeyriyyə təşkilatı. Edvardsın özü də Hərbi Dəniz Qüvvələrində xidmət edib.

“Bu üç təşkilat şəfa, xidmət və icmanı təcəssüm etdirir. Shalom Farms qida və torpaq vasitəsilə şəfa gətirir, AFTD araşdırmalar yolu ilə ümid bəxş edir, Hərbi Dəniz Qüvvələri və Dəniz Piyada Korpusu Yardım Cəmiyyəti isə çətin vaxtlarda hərbçi ailələrinə dəstək ənənəsini davam etdirir,” – deyə Kerri Edvards vurğulayıb.

Qadın həmçinin etiraf edib ki, başqalarına nümunə olmaq istəyir:

“Əslində hamımız bir-birimizə bu həyatda yardım etməyə, icmaya dəstək olmağa, bizdə olanı olmayanlarla bölüşməyə borcluyuq. Mən istəyirəm ki, bu addım başqaları üçün nümunə olsun: insanlar xeyir-dua aldıqda, digərlərini də xeyir-dualandıra bilərlər. Biz bunu icmaya qaytara bildiyimiz üçün minnətdaram”.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
lent.az

1Sources