EN

“Vulverhempton” Vitor Pereyra ilə yeni dövrə başlayır

“Vulverhempton” baş məşqçisi Vitor Pereyra ilə yeni üçillik müqavilə bağlayıb.

İdman.biz xəbər verir ki, portuqaliyalı mütəxəssis ötən ilin dekabrında komandaya qoşulanda klub Premyer Liqada 19-cu pillədə idi.

Onun rəhbərliyi ilə “canavarlar” ardıcıl 6 qələbə qazanaraq rekord qırıb və Pereyra “İlin baş məşqçisi”nə namizəd olub.

Komanda mövsümün sonunda elitada qalmağı təmin etdikdən sonra Pereyra 6 yeni oyunçu transfer edib və hazırda 2025/26 mövsümünə hazırlaşır.

Klub prezidenti Ceff Şi qeyd edib ki, Vitor komandaya enerji və güclü ruh gətirib, nəticələri isə həqiqətən təsirlidir.

Pereyra isə bildirib ki, "Vulverhempton"un baş məşqçisi olmaq onun üçün böyük qürurdur: "Bu şəhər futbolu sevir və biz birlikdə azarkeşlərimizi qürurlandıracağıq”.

İdman.biz

Chosen
35
1
idman.biz

2Sources