AZ

Premyer Liqanın autsayderində yeni müqavilə

“Vulverhempton” baş məşqçisi Vitor Pereyra ilə yeni üçillik müqavilə bağlayıb.

Msport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis ötən ilin dekabrında komandaya qoşulanda klub Premyer Liqada 19-cu pillədə idi.

Onun rəhbərliyi ilə “canavarlar” ardıcıl 6 qələbə qazanaraq rekord qırıb və Pereyra “İlin baş məşqçisi”nə namizəd olub. Komanda mövsümün sonunda elitada qalmağı təmin etdikdən sonra Pereyra 6 yeni oyunçu transfer edib.

Qeyd edək ki, “Vulverhempton” Premyer Liqada 4 turdan sonra 0 xalla sonuncu pillədə qərarlaşıb.

Seçilən
8
1
msport.az

2Mənbələr