Dünya Azərbaycanlılarının Mədəniyyət Mərkəzinin, Sabitlik və İnkişaf Mərkəzi İctimai Birliyinin, İctimai Nəzarət Koalisiyasının rəhbəri Rasim Məmmədov Prezident Adminstrasiyasının və Qeyri Hökumət təşkilatlarına Dövlət Dəstəyi Fondunun birgə təşkil elədiyi 2026-cı il qrant layihələrinin infosessiyasında iştirak etdi. Tədbirdə cəzadan azad olunanların yenidən cəmiyyətə inteqrasiyası ilə bağlı məsələlər müzakirə olundu. Sözügedən tədbirdə çıxış edən Rasim Məmmədov cəzadan azad olunanların cəmiyyətə inteqrasiyasında QHT-lərin və vətəndaş cəmiyyətinin rolundan danışıb: "Cəzaçəkmə müəsissələrindən azad olan vətəndaşlara qeyri Hökumət təşkilatlarının, vətəndaş cəmiyyətlərinin dəstək olması, onların təkrar cinayət törətməməsi və mühitə adaptasiya olması üçün böyük işlər aparılmalı və müzakirələr edilməlidir. Əlavə olaraq onu da deyim ki, bu gün hər hansı forma və şəraitdə cinayət törətmiş və həbs qətiimkan tədbiri seçilmiş insanlar cəzaçəkmə müəsissəsindən azad olunandan sonra onlara cəmiyyətdə birmənalı yanaşılmır. İş yerlərində işə götürülmür, hətta, elçi gedərkən onlaraa qız da verilmir. Cəmiyyət onlara yuxarıdan aşağı baxır. Bu mənada psixoloji durumları onsuz da yerində olmayan belə insanlar işə qəbul olunmayanda və cəmiyyətdə özlərinə yer tapa bilməyəndə təkrar cinayətə əməlləri törədərək yenidən həmin müəsissəyə qayıdırlar. Bunun üçün QHT-lər cəzaçəkmə müəsissələrindən azad olunan şəxslərlə onların cəmiyyətə inteqrasiyası üçün iş aparmalı və onlara dəstək olmalıdır. Onların yenidən ailələrinə və cəmiyyətə qayıtması üçün böyük işlər görməlidir. Bu baxımdan QHT və vətəndaş cəmiyyətinin səfərbər olması cəmiyyətə sağlam vətəndaş inteqrasiyasını sürətləndirər və gənclərdə bu əməllərə qarşı yaranan hər-hansı fikrin qarşısını almış olurlar." Rasim Məmmədov daha sonra çıxışına bu fikirlərlə davam edib: "30 ay sözü gedən müəsissədə cəza çəkmişəm, Cəmiyyətə yenidən dönüş vətəndaş cəmiyyətinin üzərinə böyük məsuliyyət qoyur." Bununla da Rasim Məmmədov bu problemin qarşısının alınması üçün vətəndaş cəmiyyətinin birliyinin vacib faktor olduiğunu vurğulayaraq çıxışını sona çatdırıb. Xatırladaq ki, Rasim Məmmədov 30 aydan sonra yenidən öz işinə davam etdirərək, vətəndaş fəallığını ortaya qoymuşdur. R.Məmmədov 2021-ci ildə Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham edilərək həbs edilmişdi. Qeyd edək ki, hazırda o, öz ofisində "İctimai Nəzarət Koalisiyası" İctimai Birliyinin fəaliyyətini yenidən bərpa edib.