EN

“Sberbank” süni intellekt layihələrinə sərmayə yatırır “AFK Sistema”dan pay alır

Yeniavaz saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Rusiyanın ən böyük bankı olan “Sberbank” “AFK Sistema” şirkətinin “Element” qrupundakı payını almaq üçün danışıqlar aparır.

Yeniavaz.com xəbər verir ki, “Kommersant” qəzetinin yazdığına görə, sövdələşmənin dəyəri 20-24 milyard rubl (240-288 milyon dollar) həcmində qiymətləndirilir.

Razılaşma baş tutarsa, bu, həm “Sberbank” üçün mikroelektronika bazarında mövqelərin güclənməsi, həm də “AFK Sistema” üçün 1,4 trilyon rubldan (16,8 milyard dollar) çox olan borc yükünün azaldılması baxımından strateji əhəmiyyət daşıyacaq.

“Element” 2019-cu ildə “AFK Sistema” və “Rostec”in aktivləri əsasında yaradılıb və hazırda Rusiyanın ən iri mikroelektronika istehsalçısıdır. Qrupa “Mikron” çip zavodu, elmi-tədqiqat institutları və bir sıra yarımkeçirici müəssisələr daxildir.

Ekspertlərin fikrincə, “Sberbank”ın “Element”də pay alması həm də bankın süni intellekt layihələrinin (“GigaChat”, “Kandinsky” və s.) inkişafı üçün mühüm rol oynayacaq. Bildirilir ki, hazırda Rusiyada yerli mikroelektronika istehsalının idxaldan asılılığı yüksəkdir.

Qeyd edək ki, hal-hazırda “AFK Sistema” milyarder Vladimir Yevtuşenkov (49,2%) və onun oğlu Feliks Yevtuşenkova (15,3%) məxsusdur. Şirkətin digər payları sərbəst dövriyyədədir və idarə heyəti üzvlərinə məxsusdur.

Onu da qeyd edək ki, Ermənistanın sabiq prezidenti Robert Köçəryan 2021-ci ilə qədər “AFK Sistema” şirkətinin direktorlar şurasının üzvü olub.Murad Məmmədov

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Chosen
13
1
yeniavaz.com

2Sources