EN

"Niyə tarixi filmlərə dəvət olunmuram?"

"Niyə tarixi filmlərdə demək olar ki, ancaq eyni simalardan istifadə olunur? Niyə? Niyə dəvət olunmuram?"

Musavat.com xəbər verir ki, bu sözləri Əməkdar artist Hüsniyyə Mürvətova bildirib.

Aktrisa tarixi filmlərə dəvət olunmamasından şikayətlənib:

"Görüm milli simam, istedadım, daxili gücüm, səsim, gözümdə ifadə yoxdur, saçım qısadır? Necə olur ki, başqa ölkədən məni məhz milli simama görə dəvət edirlər, amma öz ölkəmdə yox... Niyə bir dəfə də olsun bu filmlərin kastinqinə belə dəvət olunmuram? Söhbət tarixi filmlərdən gedir.

Bilirsiniz, adamı küsdürürsünüz. Vətənimə, torpağıma, dövlətimə bağlı sənətkaram. Küsdürməyin... İllərimiz gedir. Hər dəfə film çəkiləndə düşünürəm, eybi yox gələn filimdə dəvət olunaram. Amma gözləyə-gözləyə illər geçir. Bu fikirlərimi ərkyana "uman yerdən küsərlər" misalı kimi qəbul edin".

Könül
Musavat.com

Chosen
10
2
musavat.com

3Sources