EN

Fuad Hüseynov: Azərbaycan keçmiş məcburi köçkünlərin reinteqrasiyası ilə bağlı yeni dünyəvi model təqdim edir

ain.az, Oxu.az portalına istinadən məlumatı açıqlayır.

"Azərbaycan keçmiş məcburi köçkünlərin reinteqrasiyası ilə bağlı yeni dünyəvi model təqdim edir".

Oxu.Az-ın məlumatına görə, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri Üzrə Dövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Milli Məclisdə "Konstitusiya və Suverenlik İli" çərçivəsində Dövlət Suverenliyi Günü ilə bağlı konfransda deyib.

O bildirib ki, ulu öndər Heydər Əliyevin Azərbaycan dövləti, xalqı qarşısında misilsiz xidmətlərindən biri də 1990-cı illərin əvvəlində Azərbaycan xalqının təkidli tələbi ilə yenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə yaşana biləcək humanitar fəlakətin qarşısını almasıdır:

"Keçmiş məcburi köçkünlərin fundamental hüquqları Ermənistanın işğalçılıq siyasəti nəticəsində kobud şəkildə pozulub. Həmin hüquqların bərpası istiqamətində çox mühüm addımlar atıldı. Bu işlər ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla və məharətlə davam etdirildi.

Keçmiş məcburi köçkün və qaçqın soydaşlarımızın hüquqlarının dayanıqlı bərpası baxımından yeganə həll onların öz doğma torpaqlarına beynəlxalq qanunvericilikdə təsdiq olunan formada - könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışıdır. 44 günlük müharibədə qazanılan qələbə sayəsində ərazi bütövlüyü və dövlət suverenliyinin bərqərar olunması ilə yanaşı, həmçinin xeyli sayda soydaşımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şərait yaradıldı".

F.Hüseynov deyib ki, dünya miqyasında analoqu olmayan "Böyük Qayıdış" dövlət proqramı da uğurla həyata keçirilməkdədir:

"Torpaqlarımız mina, partlamamış sursatlardan təmizlənir, yeni infrastruktur yaradılır. 50 min nəfərdən çox soydaşımız Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında məskunlaşıb. Azərbaycan dövləti dünya ictimaiyyətinə keçmiş məcburi köçkün və qaçqınların postmünaqişə reabilitasiya və reinteqrasiyası ilə bağlı yeni dünyəvi model təqdim edir. İnanırıq ki, həmin ərazilər sülh və tərəqqi məkanına çevriləcək".

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
47
2
oxu.az

3Sources