AZ

Azərbaycan keçmiş məcburi köçkünlərin reinteqrasiyası ilə bağlı yeni dünyəvi model təqdim edir – Fuad Hüseynov

Bakı. Trend:

Konstitusiyamızın memarı olan Ulu öndər Heydər ƏliyevinAzərbaycan dövləti, xalqı qarşısında misilsiz xidmətlərindən biridə 1990-cı illərin əvvəlində Azərbaycan xalqının təkidli tələbi iləyenidən hakimiyyətə qayıtdıqdan sonra ölkədə yaşana biləcəkhumanitar fəlakətin qarşısını almasıdır.

Trend xəbərverir ki, bunu Qaçqınların və Məcburi Köçkünlərin İşləri ÜzrəDövlət Komitəsi sədrinin müavini Fuad Hüseynov Milli Məclisdə“Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət SuverenliyiGünü ilə bağlı konfransda çıxışı zamanı deyib.

Sədr müavini xatırladıb ki, keçmiş məcburi köçkünlərinfundamental hüquqları Ermənistanın işğalçılıq siyasəti nəticəsindəkobud şəkildə pozulmuşdu:

“Həmin hüquqların bərpası istiqamətində çox mühüm addımlaratıldı. Bu işlər Ulu öndər Heydər Əliyevin siyasi kursunun layiqlidavamçısı Prezident İlham Əliyev tərəfindən ardıcıllıqla vəməharətlə davam etdirildi.

Keçmiş məcburi köçkün və qaçqın soydaşlarımızın hüquqlarınındayanıqlı bərpası baxımından yeganə həll onların öz doğmatorpaqlarına beynəlxalq qanunvericilikdə təsdiq olunan formada –könüllü, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışıdır. 44 günlükmüharibədə qazanılan qələbə sayəsində ərazi bütövlüyü və dövlətsuverenliyinin bərqərar olunması ilə yanaşı, həmçinin xeyli saydasoydaşımızın öz doğma torpaqlarına qayıdışı üçün münbit şəraityaradıldı”.

F.Hüseynov əlavə edib ki, dünya miqyasında analoqu olmayan“Böyük Qayıdış” dövlət proqramı da uğurla həyatakeçirilməkdədir.

“Torpaqlarımız mina, partlamamış sursatlardan təmizlənir, yeniinfrastruktur yaradılır. 50 min nəfərdən çox soydaşımız Qarabağ vəŞərqi Zəngzur iqtisadi rayonlarında məskunlaşıb. Azərbaycan dövlətidünya ictimaiyyətinə keçmiş məcburi köçkün və qaçqınlarınpostmünaqişə reablitiasiya və reinteqrasiyası ilə bağlı yenidünyəvi model təqdim edir. İnanırıq ki, həmin ərazilər sülh vətərəqqi məkanına çevriləcək”, - deyə o fikrini tamamlayıb.

Seçilən
50
2
az.trend.az

3Mənbələr