Fransa prezidenti Emmanuel Makron Birləşmiş Millətlər Təşkilatının (BMT) İrana qarşı sanksiyalarının bu ayın sonunda qüvvəyə minəcəyini bildirib.
Turkustan.az xəbər verir ki, İsrailin Kanal 12 televiziyasına müsahibə verən Makron, 2015-ci il nüvə sazişinin Avropa tərəfləri olan İngiltərə, Fransa və Almaniyanın başlatdığı snapback mexanizmi prosesinin bir hissəsi olaraq BMT-nin İrana qarşı sanksiyalarının tətbiq ediləcəyini bildirib.
İranla nüvə müzakirələrində irəliləyiş olmadığına diqqət çəkən Makron: "İranlılardan aldığımız son xəbərlər ciddi deyil" dedi. "Bu, Avropanın mövqeyidir. Biz britaniyalı və alman həmkarlarımızla birlikdə işləmişik. Snapback-i aktiv edəcəyik", - deyə, bildirib.
İngiltərə, Fransa və Almaniya avqustun 28-də ABŞ-ın birtərəfli qaydada çıxmasından sonra həyata keçirilməyən 2015-ci il nüvə sazişində yer alan və sazişi pozduğuna görə İrana BMT sanksiyalarının yenidən tətbiq edilməsinə imkan verən “snapback” kimi tanınan mexanizmi işə salmaq qərarına gəlib.
Aytən Yaşar/ Turkustan.az