EN

ABŞ-də edamların sayı rekord həddə çatdı


ABŞ-nin Florida ştatında 1990-cı ildə üç nəfəri qətlə yetirməkdə təqsirli bilinən 63 yaşlı Devid Pittmen çərşənbə günü edam edilib.
Yeniavaz.com
xəbər verir ki, bu barədə “CBS News” telekanalı məlumat yayıb.
Məlumata görə, o, qayınatası, qayınanası və baldızını öldürməkdə təqsirli bilinərək 1991-ci ildə edam cəzasına məhkum edilib.
Edam yerli vaxtla saat 18:12-də Florida ştatının həbsxanasında icra edilib.
Devid Pittmen bu il Floridada edam edilən 12-ci, ABŞ-də edam edilən 31-ci şəxs olub. Edam ölümcül inyeksiya ilə həyata keçirilib.
Bu, 2014-cü ildən bəri ölkədə həyata keçirilən edam cəzalarının sayına görə, rekord olub. Müqayisə üçün, ABŞ-də 2024-cü ildə 25, 2023-cü ildə isə 24 nəfər edam edilib.
Digər tərəfdən, bu göstərici (12 edam) 1976-cı ildə ölüm hökmü bərpa edildikdən sonra Florida üçün də rekord sayılır.
2025-ci ildə ölkədə edamların böyük əksəriyyəti öldürücü inyeksiya ilə həyata keçirilib (26 edam). Üç edam isə ikisi Alabamada və biri Luizianada olmaqla azot hipoksiyası (azotla boğma) ilə həyata keçirilib. Cənubi Karolinada daha iki edam odlu silahla yerinə yetirlib.
Chosen
12
yeniavaz.com

1Sources