Metbuat saytından alınan məlumatlara görə, ain.az xəbər verir.
2023-cü ilin 19–20 sentyabr tarixlərində Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü təmin etmək məqsədilə Silahlı Qüvvələrimiz tərəfindən lokal antiterror əməliyyatı həyata keçirildi.
Bu əməliyyat zamanı Azərbaycan Ordusunun bir çox igid hərbçiləri vətən uğrunda şəhidlik zirvəsinə ucaldı. Onların fədakarlığı, cəsurluğu və göstərdikləri qətiyyət bütün xalqımız üçün örnəkdir. Şəhidlərimizin ruhu qarşısında baş əyir, qəhrəmanlıqlarını daim yaddaşımızda yaşadırıq.
Antiterror əməliyyatı bir daha göstərdi ki, Azərbaycan dövləti öz torpaqlarında qanunsuz silahlı birləşmələrin fəaliyyətinə, separatizmin davam etməsinə heç vaxt icazə verməyəcək. Bu qətiyyət həm ölkəmizin milli təhlükəsizliyinin təmin olunması, həm də bölgədə dayanıqlı sülhün bərqərar olması üçün mühüm addım idi.
Qeyd edək ki, antiterror əməliyyatında Cənub bölgəsindən 33 nəfər igid hərbçimiz şəhidlik zirvəsinə ucalıb.
Metbuat.az onları təqdim edir:
1.Mayor Aqil Fayəddin oğlu Əkbərov
2. Mayor Vüqar Rəfail oğlu Heydərov
3.Baş leytenant Şəmistan Şükran oğlu Yusifli
4.Leytenant İsmayıl Çərkəz oğlu İsayev
5.Kiçik leytenant Əli Rüstəm oğlu Babazadə
6.Kiçik leytenant Mikayıl Vüqar oğlu Həmidli
7.Kiçik leytenant Tural Qələmhüseyn oğlu Cahangirov
8.Gizir Məhərrəm Ələşrəf oğlu Hüseynov
9.Gizir Yusif Məmmədrza oğlu Xəlilov
10.Gizir Nəcməddin Natiq oğlu Quliyev
11.Gizir Seymur Sabir oğlu Şabıyev
12.Gizir Əli Azad oğlu Tağıyev
13.Gizir Rəsul Yusif oğlu Teymurov
14.Çavuş Zahir Sədi oğlu Əliyev
15.Matros (MAHHXHQ) Davud Telman oğlu Qiyaslı
16.Matros Ramil Habil oğlu Məmmədov
17.Əsgər Mehti Əmrah oğlu Abbasov
18.Əsgər (MAHHXHQ) Sahil Sarıbala oğlu Babayev
19.Əsgər Samrad İkram oğlu Eynəliyev
20.Əsgər Eltac Əjdər oğlu Əhədov
21.Əsgər Məhəmməd Şəfahət oğlu Hüseynov
22.Əsgər (MAHHXHQ) Mirmusa Vüqar oğlu Hüseynzadə
23.Əsgər (MAHHXHQ) Ramazan Həmdulla oğlu Hüseynzadə
24.Əsgər (MAHHXHQ) Əkrəm Faiq oğlu Kəlbiyev
25.Əsgər Savalan İsfəndiyar oğlu Qafarov
26.Əsgər Elsevər Raqif oğlu Qardaşzadə
27.Əsgər (MAHHXHQ) Cavad Sadiq oğlu Məhərrəmov
28.Əsgər (MAHHXHQ) Azər Sulduz oğlu Məmmədov
29.Əsgər Sənan Vüqar oğlu Mirzəyev
30.Əsgər Nicat Mübariz oğlu Nəzərli
31.Əsgər Mirəli Mirfəttah oğlu Təhməzov
32.Əsgər (MAHHXHQ) Rəşad Rasim oğlu Vəlizadə
33.Əsgər Cəsarət Zaur oğlu Ziyadov
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.