"Lənkəran" klubu daha bir legioneri heyətinə cəlb edib.
Offsideplus.az xəbər verir ki, cənub təmsilçisi Qabon millisinin üzvü Antoni Tseqakele ilə güclənib.
Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
25 yaşlı basketbolçunun həm də Kanada vətəndaşlığı var.
Antoni buna qədər Fransa Pro A liqasında "Roanne", Tanzaniyada "Pazi" və Kanadada "Saskatçevan Reytls" klubunun şərəfini qoruyub.
Qeyd edək ki, "Lənkəran" buna qədər Aydın İbrahimov, Azər Əzimov, Ehsan Şabani, Pərviz Mirzəyev, Hüseyin Əsgərli, Raşed Dyso,Teron Montqomery, Nmeso Nnebedum və Akit Çoudhari transferlərini həyata keçirib