Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Yunanıstanın Baş naziri Kiriakos Mitsotakis ilə görüşəcək.
Missiya.Az xəbər verir ki, bu barədə Yunanıstanın “Kathimerini” qəzeti məlumat yayıb.
Bildirilib ki, görüş sentyabrın 23-də Nyu-Yorkda Birləşmiş Millətlər Təşkilatının (BMT) 80-ci Liderlər Zirvəsi çərçivəsində baş tutacaq.
Görüşün Afina hökumətindəki mənbələr tərəfindən təsdiqləndiyi iddia edilir.
Daşqın HəsənovMissiya.Az