EN

Xətlənmə yoxdur amma cərimə yazılır - Sürücülər şikayətçidir - VİDEO

Paytaxtın Nizami rayonu Naxçıvanski küçəsində "Azparkinq" tərəfindən təşkil edilən parklanma yeri sürücülərin narazılığına səbəb olub.

Milli.Az qafqazinfo-ya istinadla xəbər verir ki, "8-ci kilometr bazarı"nın yanındakı ərazidən video çəkərək sosial şəbəkədə paylaşan şikayətçi orada parklanma yerini göstərən xətlənmənin olmadığını bildirib.

Sürücünün sözlərinə görə, bir qədər kənarda parklanmaya dair nişanı tapa bilib. Lakin bu nişan ağacların arasında olduğundan onu tapmaq xeyli çətindir: "Məni burada parklanma qaydalarını pozduğuma görə cərimə ediblər. Halbuki yerdə xətlənmə yoxdur, digər nişanı isə görüb buranın "Azparkinq" ərazisi olmasını bilmək çox çətindir. Parkinq əməkdaşı da dərhal gəlib cərimə yazır".

Vətəndaş aidiyyəti qurumların məsələyə reaksiya verməsini xahiş edib.

Qeyd edək ki, parklanma yerlərinin təşkili, parklanmaya görə cərimələr və mobil tətbiqdəki anlaşılmazlıqlarla bağlı tez-tez şikayətlər səslənir.

Həmin videonu təqdim edirik:

Milli.Az

Chosen
38
8
milli.az

10Sources