EN

Qarabağ ın müdafiəçisi Çempionlar Liqasının RƏMZİ KOMANDASINDA

ain.az, Idman.biz saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

UEFA Çempionlar Liqasının qrup mərhələsinin ilk turu üçün rəmzi komanda açıqlanıb.

İdman.biz xəbər verir ki, "Yahoo" portalının tərtib etdiyi siyahıda "Qarabağ"ın braziliyalı müdafiəçisi Mateus Silva da yer alıb.

Nəşr onun Portuqaliyada "Benfika" üzərində 3:2 hesablı tarixi qələbədə göstərdiyi inamlı oyunu xüsusi vurğulayıb.

Rəmzi "11-lik"i diqqətinizə təqdim edirik:

Qapıçı: Joan Qarsiya ("Barselona", İspaniya)

Müdafiəçilər: Mateus Silva ("Qarabağ", Azərbaycan), Derrik Lukassen ("Pafos", Kipr), Vircil Van Deyk ("Liverpul", İngitlərə), Yusufa Mboci ("Slaviya", Çexiya)

Yarımmüdafiəçilər: Hakan Çalhanoğlu ("İnter", İtaliya), Hans Vanaken ("Brügge", Belçika), Fransişku Trinkan ("Sportinq", Portuqaliya).

Hücumçular: Markus Reşford ("Barselona", İspaniya), Duşan Vlahoviç ("Yuventus", İtaliya), Harri Keyn ("Bavariya", Almaniya).

Qeyd edək ki, "Qarabağ" UEFA Çempionlar Liqasının Liqa mərhələsindəki növbəti matçını Danimarkanın "Kopenhagen" klubu ilə keçirəcək. Qarşılşama oktyabrın 1-də Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq.

İdman.biz

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
7
5
icma.az

9Sources