ain.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.
Dövlət İmtahan Mərkəzi (DİM) qəbul imtahanında 600 və daha yüksək bal toplayan gəncləri “Bilik yarışının öncülləri” internet layihəsində fəal iştirak etməyə, öz təcrübələrini paylaşmağa dəvət edir.DİM-dən Bizim.Media-ya bildirilib ki, “Bilik yarışının öncülləri” internet layihəsi 2016-cı ildən etibarən istifadəyə verilib və abiturient.az saytında ayrıca bir bölmə 600 və daha yüksək bal toplayan gənclərə həsr olunur.Layihənin missiyası yüksək bal toplamış gənclərin təbliği ilə yanaşı, bilik yarışının öncüllərinin təcrübələrini şagirdlərə, gələcək abituriyentlərə örnək kimi təqdim etməkdir.Layihədə iştirak etmək üçün şəxsi kabinetin istifadəçi adı və iş nömrəsindən istifadə etməklə www.abiturient.az saytında təqdim edilən anket-sorğunu doldurmaq lazımdır. Anket-sorğu yalnız bir dəfə və bütün bəndləri doldurulur.Saytda yalnız anket-sorğunu doldurmuş və “Anket suallarına cavablarınızdan nümunələrin və şəklinizin www.abiturient.az saytında təqdim olunmasına razısınızmı?” sualına “bəli” cavabını qeyd etmiş gənclər haqqında məlumat təqdim ediləcək.Bizim.Media
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.