ABŞ Geoloji Xidmətindən (USGS) verilən açıqlamada zəlzələnin episentrinin yarımadanın Petropavlovsk-Kamçatski şəhərindən 128 kilometr şərqdə olduğu bildirilib.
Sitat.info xəbər verir ki, açıqlamada zəlzələnin 10 kilometr dərinlikdə baş verdiyi və maqnitudasının 7,8 olduğu bildirilib.
Tələfat və dağıntıların olub-olmadığı hələlik məlum deyil.
Zəlzələ ilə bağlı sunami xəbərdarlığı edilib.
Sitat.info