Azərbaycanın minifutbol klubları "Birbaşa Bakı", "Zirə" və "Aznur" Çempionlar Liqasında bu gün növbəti matça çıxacaqlar.
Fanat.Az xəbər verir ki, Bolqarıstanın paytaxtı Sofiyada təşkil olunan turnirin 1/8 finalında əvvəlcə "Zirə" imtahan verəcək.
Elşad Quliyevin baş məşqçisi olduğu "qartallar" saat 12:15-də "MFK Hram" (Monteneqro) kollektivi ilə qarşılaşacaq.
Bundan başqa, Azərbaycan çempionu "Birbaşa Bakı" Yunanıstan təmsilçisi "Flaminqos" ilə, Rəcəb Fərəczadəli "Aznur" isə Çexiya "Brno"su ilə üz-üzə gəlləcək. Hər iki qarşılaşma saat 15:45-də başlayacaq.