EN

Azərbaycan Ümumdünya Poçt İttifaqının Administrativ və Poçt Əməliyyatları şuralarına üzv seçildi (FOTO)

Bakı. Trend:

Azərbaycan Ümumdünya Poçt İttifaqının (ÜPİ) 28-ci Konqresiçərçivəsində təşkilatın iki əsas qərarverici orqanı – AdministrativŞura və Poçt Əməliyyatları Şurasına üzv seçilib.

Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən vəÜPİ-nin ali orqanı sayılan bu Konqresdə Azərbaycan tarixdə ilk dəfəeyni anda hər iki ali orqana üzvlük hüququ qazanıb.

Bu mühüm hadisə Azərbaycanın beynəlxalq poçt sistemində artannüfuzunun, texnoloji inkişafa verdiyi töhfənin və qurumlararasıəməkdaşlıqların nəticəsidir.

Azərbaycan bundan sonra ÜPİ-nin idarəçiliyində birbaşa iştirakedəcək, təşkilatın strategiya, idarəetmə və büdcə məsələlərinə dairqərarların qəbulunda söz sahibi olacaq. Bu, ölkəmizə qlobal poçtsisteminin formalaşmasında və idarə edilməsində aktiv rol oynamaqimkanı verir.

Ölkəmiz beynəlxalq poçt xidmətlərinin hüquqi və texnikiəsaslarını müəyyən edən “ÜPİ Konvensiyası” və digər normativsənədlərin hazırlanması və dəyişdirilməsi prosesində də iştirakedəcək. Bu da poçt xidmətlərinin standartları, təhlükəsizlikqaydaları və yeni rəqəmsal xidmətlərin formalaşmasında Azərbaycanınmövqeyini ifadə etməyə şərait yaradacaq.

Eyni zamanda Azərbaycan ÜPİ-nin büdcəsinin təsdiq olunması vəicrasına nəzarətdə iştirak edəcək.

Azərbaycan beynəlxalq poçt və logistika sisteminə təsir göstərənnüfuzlu bir oyunçu kimi tanınacaq, bu isə ölkəmizin digərbeynəlxalq danışıqlarda da mövqelərinin güclənməsinə töhfəverəcək.

Bundan əlavə, ölkəmiz ÜPİ çərçivəsində öz təşəbbüslərini irəlisürmək imkanına malik olacaq.

Azərbaycanın bu orqanlarda iştirakı 2025 – 2029-cu illəri əhatəedən dördillik dövr üçün nəzərdə tutulub. Bu müddət ərzində ölkəmiztəşkilat daxilində qəbul olunan bütün əsas qərarların müzakirəsindəvə səsverməsində iştirak edəcək.

Beləliklə, bu üzvlük sadəcə nüfuzlu bir status deyil,Azərbaycanın qlobal poçt sisteminin idarəçiliyində aktiv iştirakınıtəmin edən mühüm bir platformadır. Bu həm də ölkənin logistika vəe-ticarət sahəsindəki milli maraqlarının beynəlxalq səviyyədəmüdafiəsi baxımından strateji əhəmiyyət daşıyır.

Qeyd edək ki, Azərbaycan Respublikası bundan əvvəl də ÜPİ-ninali orqanlarında təmsil olunub. İlk dəfə 2004-cü ildə Buxarestdəkeçirilən 23-cü Konqresdə Administrativ Şuraya, daha sonra 2008-ciildə Cenevrədə keçirilən 24-cü Konqresdə isə təşkilatın hər iki aliorqanına – Administrativ və Poçt Əməliyyatları şuralarına üzvseçilib. 2016-cı ildə İstanbulda keçirilən 26-cı Konqresdə isəAzərbaycan yenidən Poçt Əməliyyatları Şurasına üzv olub.

Azərbaycan
Azərbaycan
Chosen
10
17
az.trend.az

10Sources