EN

ABŞ-da keçirilən festivalda rusiyalıya qarşı qətl törədilib

ABŞ – da avqustun 30 – da ” Burning Man ” festivalında Rusiya vətəndaşı Vadim Kruqlovu öldürmək üçün istifadə oluna bilən bıçaq tapılıb.

NOCOMMENT.az bildirir ki, bu barədə ABC7 xəbər verir.

Rəsmilərin dediyinə görə, yaranın boyun nahiyəsinə vurulan tək bıçaq zərbəsi nəticəsində yarandığı görünür. Şübhəlinin axtarışları davam etdirilir. Polis müəmmalı qətliamın baş verdiyi yerin “yaxınlığında olan bir neçə iştirakçıdan” artıq müsahibə aldığını bildirib.

Vadim Kruqlovun atası daha əvvəl ABŞ prezidenti Donald Trampa müraciət edib. Videomüraciətində o, yerli şerifin istintaqla məşğul olduğunu və federal orqanların hələ də buna başlamadığını qeyd edib. Kruqlov ABŞ prezidentini FTB-yə dərhal cinayətin araşdırılmasına başlamağı əmr etməyə çağırıb.

Chosen
25
nocomment.az

1Sources