EN

Türküstanda irimiqyaslı avarçəkmə kanalı istifadəyə verildi

Yazını böyüt
Yazını kiçilt

Türk dünyasının mərkəzi hesab edilən Qazaxıstanın Türküstan şəhərində unikal idman qurğusu - avarçəkmə kanalı istifadəyə verilib.

Hafta.az-ın yazdığına görə, Qazaxıstan Turizm və İdman Nazirliyinin məlumatında deyilir ki, 2,5 kilometr uzunluğu olan kanalın ümumi sahəsi 100 hektardır.

Unikal avarçəkmə kanalı kompleksi bir neçə funksiyanı özündə birləşdirir: burada avarçəkmə, kayak və kanoe üzrə beynəlxalq yarışlar, o cümlədən Dünya Kuboku və Asiya Kuboku yarışları keçiriləcək, həmçinin kompleks idmançılar üçün müntəzəm məşq obyekti kimi xidmət edəcək.

Bundan əlavə, kanalın suyu şəhərin suvarma sisteminə və yaşıllıq zolağının suvarılmasına sərf olunur. Kanala təxminən 1 kilometr uzunluğunda şəhər çimərliyi, otel və tamaşaçı tribunası daxildir.

Chosen
18
hafta.az

1Sources