EN

Azərbaycan Konstitusiyasının təkmilləşdirilməsi istiqamətində addım atmağın zamanı çatıb – Elşad Nəsirov

Bakı. Trend:

Azərbaycan Konstitusiyası öz dövrünün ən mütərəqqi sənədlərindənbiridir. Zaman keçdikcə, cəmiyyətdə yeni münasibətlərformalaşdıqca, dövlət-cəmiyyət əlaqələri inkişaf etdikcəkonstitusion münasibətlər də sürətlə dəyişir və bu münasibətləritənzimləyən Konstitusiyanın özünün də təkmilləşdirilməsinə zərurətyaranır.

Trendxəbər verir ki, bunu Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyevadına Akademiyasının rəisi Elşad Nəsirov Milli Məclisdə“Konstitusiya və Suverenlik İli” çərçivəsində Dövlət SuverenliyiGünü ilə bağlı konfransda çıxışı zamanı deyib.

Akademiya rəisi bildirib ki, Konstitusiyaya referendumla edilənəlavə və dəyişikliklər dövlət hakimiyyəti orqanlarının qarşılıqlıəlaqəsi, hakimiyyət bölgüsü mexanizminin təkmilləşdirilməsi,vətəndaşların hüquq və azadlıqlarının məzmun etibariləzənginləşdirilməsi, müdafiə mexanizmləri və təminatlarınıninkişafına xidmət edib:

“Bu gün artıq bütün ərazisində tam suverenliyini bərpa edənAzərbaycan Konstitusiyasının yenidən təkmilləşdirilməsiistiqamətində müəyyən zərurətlər meydana çıxıb. Artıq Milli Məclisbu istiqamətdə ilk addımı atıb. Belə ki, iyunda Naxçıvan MuxtarRespublikası Konstitusiyasına dəyişikliklərlə bağlı konstitusiyaqanunu qəbul edilib. Həmin dəyişikliklər muxtariyyətin statusundayenilənməni özündə əks etdirib. Naxçıvanın konstitusiyasındadəyişikliklər ediləcəksə, istər-istəməz AzərbaycanKonstitusiyasında da müəyyən dəyişikliklər zərurəti meydanaçıxacaq. Belə ki, konstitusiya qanunu Azərbaycan Konstitusiyasınıntərkib hissəsidir”.

E.Nəsirov vurğulayıb ki, bu gün sürətli inkişaf prosesi gedir.İctimai həyata informasiya kommunikasiya texnologiyaları daxilolur. Artıq dövlət, məhkəmə hakimiyyətinin fəaliyyətində süniintellektdən istifadə edilir.

“Bu öz növbəsində insan hüquq və azadlıqlarına bu və ya digərformada təsir edir. Hazırda süni intellekt vasitəsilə informasiyakommunikasiyaları texnologiyaları insan hüquqlarına təsir edir,insanın şəxsi həyatına müdaxilə halları da artır. Bu, insanhüquqları sahəsində bir çox dəyişikliklərin edilməsi zərurətiyaradır. Konstitusiyada həmçinin hakimiyyətin qolları arasındamünasibətləri tənzimləyən, ərazi quruluşu nöqteyi-nəzərdən dəmüəyyən müddəaların dəyişdirilməsi zərurəti ortaya çıxa bilər.Azərbaycanın müasir inkişaf tempi belə bir zərurətini qarşıyaqoyur. Naxçıvan Konstitusiyasına müvafiq dəyişikliklər edildikdənsonra Azərbaycan Konstitusiyasının təkmilləşdirilmısi istiqamətindəaddım atmağın zamanı çatıb”, - deyə o fikrini tamamlayıb.

Məqalədə:
Chosen
19
2
az.trend.az

3Sources