EN

"Leo Kart" işlədənlərin NƏZƏRİNƏ: Bir sıra mağazalar ödəniş qəbul etmir

"Leobank"a məxsus "Leo Kart"la ödəniş etməkdə çətinlik yaranıb.

Milli.Az xəbər verir ki, bir sıra mağazalar "Leo Kart"la ödəniş qəbul etməkdən imtina edirlər.

Vətəndaşlar bildirir ki, belə hallardan biri də "LC Waikiki" geyim mağazasında baş verib. Mağazanın kassir əməkdaşı "Leo Kart"la ödənişin mümkün olmadığını bildirib. 

Buna səbəb kimi isə həmin kartla edilən ödənişlərin hesaba oturmadığı və bəzi hallarda müştəriyə geri qayıtdığı göstərilib. Bu zaman isə mağaza ziyan etdiyi üçün "Leo Kart"la ödənişlərdən imtina edir.

Bu isə öz növbəsində müştərilərə əlavə çətinlik yaratmış olur. 

"Leobank"-dan isə bildirildi ki, bu halla qarşı onlar tərəfindən heç bir məhdudiyyət mövcud deyil. 

Mehman Əsədov
Milli.Az

Chosen
27
7
milli.az

8Sources