AZ

“Leo Kart” işlədənlərin NƏZƏRİNƏ KONKRET

ain.az bildirir, Konkret.az saytına əsaslanaraq.

“Leobank”a məxsus “Leo Kart”la ödəniş etməkdə çətinlik yaranıb.

KONKRET.az milliaz-a istinadən xəbər verir ki, bir sıra mağazalar “Leo Kart”la ödəniş qəbul etməkdən imtina edirlər.

Vətəndaşlar bildirir ki, belə hallardan biri də “LC Waikiki” geyim mağazasında baş verib. Mağazanın kassir əməkdaşı “Leo Kart”la ödənişin mümkün olmadığını bildirib.

Buna səbəb kimi isə həmin kartla edilən ödənişlərin hesaba oturmadığı və bəzi hallarda müştəriyə geri qayıtdığı göstərilib. Bu zaman isə mağaza ziyan etdiyi üçün “Leo Kart”la ödənişlərdən imtina edir.

Bu isə öz növbəsində müştərilərə əlavə çətinlik yaratmış olur.

“Leobank”-dan isə bildirildi ki, bu halla qarşı onlar tərəfindən heç bir məhdudiyyət mövcud deyil.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
17
7
konkret.az

8Mənbələr