ain.az, Qol.az portalına istinadən məlumat yayır.
“Kayrat”ın (Qazaxıstan) baş məşqçisi Rafael Urazbaxtin UEFA Çempionlar Liqasının 1-ci turunda Lissabonda “Sportinq”ə böyükhesablı məğlubiyyəti (1:4) şərh edib.
QOL.az xəbər verir ki, o, matçdan sonra təşkiı edilən mətbuat konfransında bu nəticənin özləri üçün
üzücü olduğunu söyləyib:
“Qolların çoxluğuna yox, ard-arda 4 dəqiqə ərzində 3 qol buraxdığımıza görə. Birinci hissədə məqsədimizə çox diqqətli yanaşmışdıq. Fasilədə bəzi düzəlişlər etdik. İkinci hissənin ilk 15 dəqiqəsində oyunu istədiyimiz kimi aparırdıq. Lakin 60-cı dəqiqədən sonra oyun bizim üçün bitdi. İndi isə irəli baxmaq və növbəti oyuna hazırlaşmaq vaxtıdır”.
Qeyd edək ki, “Sportinq” 4 qoldan 3-nü cəmi 65, 67, 68-cı dəqiqələrdə vurub.
Növbəti turda “Kayrat” 30 sentyabrda evdə Madrid “Real”ı ilə qarşılaşacaq.
Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.