EN

Trampın oğlu Ərdoğanla görüşüb?

Türkiyə mətbuatında ABŞ Prezidenti Donald Trampın oğlunun İstanbula səfər etdiyi barədə xəbərlər yayılıb.

Turkustan.az-ın məlumatına görə, kiçik Trampın Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla da görüşdüyü bildirilir.

Məlumatı ilk dəfə Türkiyənin ana müxalifəti olan Cümhuriyyət Xalq Partiyasının sədri Özgür Özəl açıqlayıb.

Kiçik Donald Trampın İstanbuldakı Dolmabahçe sarayında Ərdoğanla görüşdüyünü iddia edilir.

"Middle East Eye" nəşrinin mənbələri də ABŞ prezidentinin oğlu həqiqətən Ərdoğanla görüşdüyün təsdiləyib. Qeyd olunur ki, Tramp kiçik bir neçə iş adamı ilə Türkiyəyə səfər edib.

Səfərin detalları açıqlanmayıb.

Chosen
5
2
turkustan.az

3Sources