Bu gün Polşanın müvəqqəti işlər vəkili Belarus Xarici İşlər Nazirliyinə çağırılıb.
APA xəbər verir ki, bu barədə Belarus XİN məlumat yayıb.
Məlumata görə, polşalı diplomatla Belarus-Polşa münasibətlərinin hazırkı vəziyyəti mövzusunda ətraflı söhbət aparılıb.