EN

İlk multimodal yük daşımaları Qırğızıstana yola salınıb

Yazını böyüt
Yazını kiçilt

Şanxay Gömrük rəsmiləri elan ediblər ki, dəmir yolu və avtomobil yolu ilə daşınacaq ixrac yükü ilk dəfə Şanxaydan Qırğızıstana yola düşüb.

Hafta.az-ın gömrük məlumatlarına istinadən yazdığına görə, sənaye xammalı ilə yüklənmiş 40 futluq konteyner sentyabrın 16-da Şanxay Dəmiryol Vağzalından yola düşüb. Mallar əvvəlcə Sincan-Uyğur Muxtar Rayonunun Kaşqar şəhərinə, daha sonra isə avtomobillərə yüklənərək daşınacaq. Onlar Sincan-Uyğur Muxtar Rayonunun Toruqart keçid məntəqəsi vasitəsilə ölkədən çıxaraq Qırğızıstana yola düşəcəklər.

Xatırladaq ki, 2024-cü ilin sentyabrında Çinin Baş Gömrük İdarəsi multimodal yükdaşıma modelinin (dəmir yolu plus avtomobil) pilot tətbiqini təsdiqləyən bildiriş verib. Əvvəlki illərlə müqayisədə indi ixracatçı şirkətlər yalnız bir gömrük bəyannaməsi təqdim etməlidirlər.

Bu multimodal yükdaşıma modelinin uzun məsafəli dəmir yolu nəqliyyatının üstünlüklərindən. Eləcə də avtomobil daşımalarının yüksək tutumundan və çevikliyindən tam istifadə edəcəyi gözlənilir. Ənənəvi yükdaşıma modelləri ilə müqayisədə bu, logistika xərclərini təxminən 30 faiz azalda, Şanxayda və ətraf ərazilərdə xarici ticarətlərini Mərkəzi Asiyaya genişləndirməyə yönəlmiş ixrac şirkətləri üçün yeni logistika kanalı aça bilər.

Chosen
11
hafta.az

1Sources