EN

Antiterror əməliyyatı: "Bütün region üçün əhəmiyyətli tarixi hadisədir"

"19-20 sentyabr 2023-cü ildə Azərbaycan Ordusu tərəfindən keçirilən antiterror əməliyyatı təkcə ölkəmiz üçün deyil, bütün region üçün çox əhəmiyyətli bir tarixi hadisədir". 

Bu sözləri politoloq Rizvan Hüseynov Hit.az-a açıqlamasında deyib.

O, 23 saat davam edən antiterror əməliyyatındakı zəfərimizin əhəmiyyətindən danışıb:

"19-20 sentyabr 2023-cü ildə Ordumuzun separatçılara qarşı keçirdiyi lokal antiterror əməliyyatı Qarabağ münaqişəsinin taleyini tamamilə həll etdi. Ərazimiz separatçılardan, işğalçılardan təmizləndi. Beləliklə, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü tam təmin olundu".

382260

Ekspert vurğulayıb ki, bu əməliyyat sayəsində Xankəndi, Xocalı, Xocavənd və Ağdərə işğaldan azad edildi:

"Bununla da həmin şəhərlərdə şanlı bayrağımız dalğalandı. Üstəlik, 23 saatlıq əməliyyatdan sonra rus sülhməramlı kontingentinin də vaxtından əvvəl Qarabağı tərk etməsinə nail olduq. Yəni bu əməliyyat Azərbaycanın suverenliyinin tam bərpası kimi tarixə düşdü".

Rizvan Hüseynov diqqətə çatdırıb ki, antiterror əməliyyatından sonra Cənubi Qafqazda yeni geosiyasi reallıqlar formalaşdı:

"44 günlük Vətən müharibəsindən sonra olduğu kimi bir günlük antiterror əməliyyatından sonra da regionda yeni reallıqlar yarandı. Azərbaycan yeni reallıqları diqtə etdi. 

Ölkəmiz güc olaraq bütün regionda siyasi, iqtisadi və nəqliyyat proseslərini formalaşdıran əsas qüvvəyə çevrildi. Azərbaycanın Türkiyə, Pakistan və digər ölkələrlə müttəfiqliyi regiondakı imkanlarımızı daha da gücləndirdi. Bizə, layihələrimizə qarşı çıxan qüvvələr və ölkələr isə öz güclərini itirdilər".

Pərviz

Chosen
20
hit.az

1Sources