EN

İranla sərhəddə saxlanılan şəxsdən 16 kq narkotikgötürüldü

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb.

Dövlət Sərhəd Xidmətinin Mətbuat Mərkəzindən Redaktor.az-a verilən xəbərə görə, dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində sərhəd naryadı tərəfindən naməlum şəxsin şübhəli hərəkətləri müşahidə edilib. Sərhəd zastavası dərhal “Silaha” komandası üzrə qaldırılaraq xidməti ərazi qapadılmış və sərhəd axtarışı həyata keçirilib.

Keçirilmiş əməliyyat-qoşun tədbirləri nəticəsində Azərbaycan Respublikası vətəndaşı – 1989-cu il təvəllüdlü Allahverdiyev Hüseyn Rafiq oğlu saxlanılıb, ona məxsus bağlamaya baxış zamanı ümumi çəkisi 16 kiloqram 650 qram narkotik vasitə marixuana aşkar olunaraq götürülüb.

Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Chosen
7
19
redaktor.az

10Sources