Bakıda Beynəlxalq Olimpiya Komitəsinin (BOK) 131-ci ildönümünə həsr olunmuş “Olimpiya günü” keçirilib.
Milli Olimpiya Komitəsinin (MOK), Elm və Təhsil Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin, TƏBİB-in, Bakı Şəhər Baş Polis İdarəsinin, Parkın əməkdaşlarının, Azərbaycan Kəndirlə Mübarizə və Atletika Federasiyalarının dəstəyi ilə təşkil olunan mərasimdə MOK-un və qeyd edilən qurumların nümayəndələri və digər qonaqlar iştirak ediblər.
Açılışdan sonra EYOF 2025-in qalibləri təqdim olunub. MOK-un vitse-prezidenti Çingiz Hüseynzadə çıxış edərək qaliblərə təbriklərini çatdırıb.
Tədbir çərçivəsində məktəblilər arasında estafet qaçışı və kəndir dartma yarışları da keçirilib. Qaliblər diplom, kubok və medallarla mükafatlandırılıblar.
Qabil YUSİFOĞLU
XQ