EN

Fernando Santuş bu komandaya gedir

ain.az, Missiya.az portalına istinadən məlumatı açıqlayır.

Azərbaycan milli komandasından uğursuz nəticələr səbəbilə yolları ayrılan Fernando Santuşun adı Yunanıstanın “Panatinaikos” klubu ilə hallanır.

Missiya.Az xəbər verir ki, bu barədə Yunan mətbuatı məlumat yayıb. 

Yayılan xəbərlərə görə, Athenanın məşhur klubu "Panatinaikos" baş məşqçi vəzifəsi üçün Fernando Santuşu nəzərdən keçirir. Klub Rui Vitoriyanın getməsindən sonra yeni rəhbər tapmaq məqsədilə axtarışlarını davam etdirir.

Qeyd edək ki, Portuqaliyalı məşqçi Fernando Santuş, 2002/2003 mövsümündə Yunanıstan milli komandasının baş məşqçisi kimi fəaliyyət göstərib. 70 yaşlı təcrübəli çalışdırıcı, sonuncu dəfə 2023/2024 mövsümündə “Beşiktaş”da baş məşqçi olub.

Seyranə QuliyevaMissiya.Az

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Chosen
34
1
missiya.az

2Sources