EN

Rusiya öz əhalisinin yarısını itirəcək

Hurriyyet.az xəbər verir ki, XXI əsrin axırlarına qədər Rusiya əhalisinin az qala yarıbayarı azalacağı proqnozlaşdırılır. "Əgər dəqiq olsaq" adlı layihənin tədqiqatçılarının gəldiyi nəticəyə görə, həmin vaxtda Rusiya əhalisinin sayı 81 milyon nəfərə, miqrasiyanın qarşısı alınsa isə 68 milyon nəfərə qədər düşə bilər.

Əhali sayının  azalmasının qarşısını alan əsas faktor miqrasiya olaraq qalacaq - mühacirlər olmasa, Moskva şəhəri və vilayəti 2,5 dəfədən çox, Peterburq isə ikiqat saydaəhali itirəcək.

2100-cü ilə qədər rusiyalıların dörddə birinin yaşı 65-dən artıq olacaq. Uşaqlar əhalinin 13 faizindən də azını təşkil edəcək. Təqaüdçülərin sayının artması işçilərin yükünü artıracaq.

Hürr Tərcüman

Chosen
26
1
hurriyyet.az

2Sources