EN

ABŞ Polşaya 780 milyon dollar dəyərində “Javelin” satışını təsdiqləyib

ABŞ Polşaya 780 milyon dollar dəyərində “Javelin” satışını təsdiqləyib

ABŞ Dövlət Departamenti Polşaya 780 milyon dollar dəyərində “Javelin” tank əleyhinə raket komplekslərinin mümkün satışını təsdiqləyib.

AFN.az xarici mediaya istinadən xəbər verir ki, məlumat Pentaqonun Xarici Hərbi Əməkdaşlıq Agentliyindən verilib.

Bildirilir ki, Polşa daha əvvəl ABŞ-a 2 506 ədəd FGM-148F “Javelin” raketi və 253 ədəd buraxılış qurğusunun alınması üçün rəsmi sorğu göndərib. Potensial müqavilənin ümumi dəyəri təxminən 780 milyon dollar təşkil edir.

Rəsmi açıqlamada vurğulanır ki, bu satış ABŞ-ın xarici siyasət və milli təhlükəsizlik məqsədlərinə xidmət edəcək və NATO müttəfiqi olan Polşanın müdafiə qabiliyyətini gücləndirəcək. Agentlik hesab edir ki, razılaşma Polşanın indiki və gələcək təhdidlərə cavab vermək imkanlarını genişləndirəcək.

Eyni zamanda qeyd olunur ki, “Javelin” sistemlərinin Varşavaya satışı regiondakı hərbi balansı pozmayacaq və belə bir satış ABŞ hökumətindən və ya podratçılardan əlavə şəxsi heyətin göndərilməsini tələb etmir.

Chosen
33
afn.az

1Sources