EN

Bu ölkədə 5.9 bal gücündə zəlzələ oldu

Çilidə bu gün 5.9 bal gücündə zəlzələ baş verib.

Far.Az xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Qeyd edilib ki, yeraltı təkanların episentri İkeke şəhərindən 80 kilometr aralıda, 70 kilometr dərinliyində qeydə alınıb.

Zəlzələ ətraf bölgələrdə də hiss olunub.

Hazırda xəsarət alanlar və dağıntılar barədə məlumat yoxdur.

Hadisə yerinə fövqəladə xidmət cəlb olunub.

Qeyd edək ki, Çili dünyanın ən aktiv seysmik zonasında yerləşir və bu cür təkanlar burada tez-tez baş verir.

Chosen
10
far.az

1Sources