EN

3 min illik firon bilərziyi oğurlanaraq əridilib

Misirin Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin yaydığıməlumataəsasən, laboratoriyadakı kassadan itən tarixi əşyanın tapılması məqsədilə xüsusi komitə qurulub. Bilərziyin fotoları ölkənin hava və dəniz limanlarına, sərhəd-keçid məntəqələrinə göndərilib. Təhqiqatlar nəticəsində müəyyənləşib ki, firona məxsus zinət əşyası laboratoriyada işləyənbərpa mütəxəssisi tərəfindən oğurlanıb.

Belə ki, bilərzik əvvəla həmin şəxs tərəfindən gümüş zərgərinə satılıb. Zərgər, öz növbəsində, əsəri paytaxt Qahirə şəhərindəki tarixi zərgərlər bazarında yerləşən emalatxanaya, emalatxana isə qızıl əritmə ustasına ötürüb. Beləliklə,tarixi əşya başqa qızıl parçaları ilə birlikdə əridilib. Əridilmiş kütlədən yeni zinət əşyaları düzəldilib.

Hadisədə adları hallanan bütün şübhəlilər saxlanılıblar. Firon bilərziyinin satılması nəticəsində alınan təqribən194 min Misir funtu (4 min dollar)maddi sübut qismində götürülüb.

Misirin Turizm və Qədim Əsərlər Nazirliyininməlumatınagörə,firon Amenemopetəməxsus qızıl bilərziyin üzərində lacivərd daşından muncuq da vardı.

Firudin Həmidli
AzVision.az
Chosen
17
azvision.az

1Sources