EN

Estoniya Rusiya ilə sərhəddəki Narva körpüsünü avtomobillər üçün açmağı planlaşdırmır - ÖZƏL

Estoniya hökuməti Rusiya ilə sərhəddə yerləşən Narva çayı üzərindəki "Dostluq körpüsü"nü avtomobil nəqliyyatı üçün açmağı planlaşdırmır. Olaylar.az xəbər verir ki, bu barədə Estoniyanın dövlət televiziyası və radiosu ERR məlumat yayıb. Estoniya Polis və Sərhəd Mühafizəsi Departamentinin rəhbəri Veyko Kommusaar bildirib ki, körpünün avtomobillərin hərəkəti üçün bərpası texniki işlərin tamamlanma vaxtından deyil, regiondakı "siyasi vəziyyət və təhlükəsizlik şərtlərindən" asılı olacaq. Qeyd edək ki, 2024-cü ilin fevralından bəri "İvangorod-Narva" sərhəd-keçid məntəqəsi Rusiya tərəfində aparılan təmir səbəbindən yalnız piyada keçidi kimi fəaliyyət göstərir. Bu məntəqə Sankt-Peterburqa ən yaxın Avropa İttifaqı sərhəd-keçid nöqtəsi olmaqla yanaşı, həm də bütün avtomobil keçidlərinin bağlı qaldığı Finlandiya sakinləri üçün mühüm əhəmiyyət daşıyır.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
18
olaylar.az

1Sources