EN

"Kontakt" "28 Mall"a gəldi: Yeni məhsullar tam fərali formatda

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Paytaxtın ən gur nöqtələrindən biri olan "28 Mall" bu günlərdə xüsusi bir hadisəyə ev sahibliyi edib: "Kontakt" mağazalar şəbəkəsi təntənəli bir açılış mərasimi ilə tam yeni formatlı mağazasının qapılarını müştərilərinin üzünə açıb.
Şəbəkənin çoxdandır gözlənən "28 Mall" mağazasının açılış tədbirində müğənni Mərdan Kazımovun musiqili çıxışı, hədiyyəli müsabiqələr ziyarətçilərə sevinc dolu anlar yaşadıb. Bu mağaza bir çox səbəblərə görə Bakının alış-veriş xəritəsində ən çox ziyarət edilənlərdən biri olacaq.
Geniş məhsul çeşidi - tam fərqli formatda
Şəhərin mərkəzində - "28 Mall"ın birinci mərtəbəsində yerləşən bu mağaza bol çeşidli bir elektronika ünvanı olmaqla yanaşı, həm də alış-verişin tamamilə yeni bir formatıdır. Çünki burada rəqəmsal məhsullar, böyük və kiçik məişət avadanlıqları, mebel, ev tekstili, qab-qacaq kimi klassik kateqoriyalarla yanaşı, çoxlarını təəccübləndirəcək musiqi alətləri və günəş eynəkləri təqdim olunur. Yəni, indi elektronika mağazası gəlib gitara, pianoya kimi musiqi alətləri ilə qulaq zövqünüzü, eynəklər ilə isə göz zövqünüzü oxşaya bilərsiniz.
Unikal dizayn və maksimum rahatlıq
"Kontakt" "28 Mall" mağazasının fərqliliyi təkcə məhsul çeşidliliyi ilə bitmir. Buranın geniş, işıqlı interyeri insanı darıxdırmır, alış-verişi daha zövqlü bir prosesə çevirir. Necə deyərlər, adamın gəzdikdə gəzəsi gəlir. Burada sanki hər kəs üçün ayrıca düşünülmüş bir konsept var. Məsələn: böyüklər rahatlıqla seçim edə bilsinlər deyə balacalar "Uşaq zonası"nda əyləncə dolu anlar yaşayır.
Açılışa özəl 60%-dək endirimlər
Mağazanın açılış gününü bayram ab-havasında tamamlayan əsas məqam isə müştərilərin sərfəli fürsətlərdən yararlanması olub. Çünki bu mağazada açılışa özəl nağd alışda 60%-dək endirimlər var. Üstəlik, sentyabrın 21-dək istədiyiniz məhsulun endirimli qiymətini 24 ayadək bölüb rahatlıqla ödəmək də mümkündür.
Açılış kampaniyası hələ davam edərkən:
- Amoled ekranlı "Poco M7 Pro" smartfonunu 650 yox, 500 manata;
- "RYZEN" 5 prosessorlu "Lenovo İdeaPad" notbukunu 1400 yox, 800 manata;
- 6.5 kq həcmə malik "Samsung" paltaryuyanını 1150 yox, 750 manata;
- Quru və nəm səthi təmizləyə bilən "Xiaomi X20 Pro" robot tozsoranını isə 3000 yox, 950 manata almaq şansınız var.
Beləliklə, bütün bu təklifləri və daha çoxunu öz gözlərinizlə görmək üçün böyük açılış fürsətləri bitmədən "28 Mall"un birinci mərtəbəsində yerləşən yeni "Kontakt" mağazasına baş çəkməyiniz məsləhətdir.
Chosen
42
1
oxu.az

8Sources