EN

Qəssam Briqadaları hədələdi: “İsrailli məhbusları Qəzzanın hər yerinə səpələdik”

Yazını böyüt
Yazını kiçilt

Həmas-ın hərbi qanadı olan Qəssam Briqadaları israilli məhbusların Qəzza şəhərinin müxtəlif məhəllələrinə səpələndiyini açıqlayıb və İsraili şəhəri işğal etmək üçün keçirdiyi hərbi əməliyyatın nəticələri barədə xəbərdar edib.

Hafta.az-ın yazdığına görə, Qəssam Briqadaları İsrailin baş naziri Binyamin Netanyahu şəhəri işğal etmək və məhbusları öldürmək üçün əməliyyata başlamaq qərarı verərsə, məhbusların həyatı ilə maraqlanmayacaqlarını bəyan ediblər.

Bəyanatda həmçinin, “Hərbi əməliyyatın başlaması o deməkdir ki, siz ölü və ya diri bir nəfər də olsun əsir götürə bilməyəcəksiniz”.

Qəssam Briqadaları İsrailə Qəzzanın ordu üçün asan hədəf olmayacağını xəbərdar edərək, “Şəhidlər ordusu minlərlə pusqu və mühəndis bombaları hazırlayır və Qəzzanın əsgərləriniz üçün qəbiristanlıq olacağını” ifadə edib.

Chosen
15
hafta.az

1Sources