EN

Belə maşınlarla yola çıxmayın

Baş Dövlət Yol Polisi İdarəsi bir daha sürücülərə xatırladır ki, nasaz avtomobillə yola çıxmaq qəza riskini dəfələrlə artırır. Bu baxımdan nəqliyyat vasitələrinin texniki sazlığı, xüsusən də təkərlərin vəziyyəti daim diqqətdə saxlanılmalıdır.

Publika.az xəbər verir ki, bu barədə Baş Dövlət Yol Polisi İdarəsinin sürücülərə çağırışında qeyd edilib.

Bildirilib ki, təkərlərin protektor dərinliyinin normadan az olması və ya yeyilmiş təkərlərlə hərəkət, yol ilə təmasın zəifləməsinə, tormoz məsafəsinin xeyli artmasına və nəqliyyat vasitəsinin idarəetmədən çıxmasına səbəb olur.

"Xüsusilə yağışlı və sürüşkən yollarda belə hallar qəza riskini dəfələrlə artırır.

Chosen
19
40
publika.az

10Sources