EN

Sahib Məmmədovun şərhi: Absalut suverenlik artıq tarixi anlayışdır

“Vətəndaşların Əmək Hüquqlarını Müdafiə Liqası”nın İcraiyyə Komitəsinin sədri, hüquqşünas Sahib Məmmədov QHT.az-a açıqlamasında bildirib ki, suverenlik həm dar hüquqi mənada, həm də geniş anlamda başa düşülə bilər.

Onun sözlərinə görə, daxili məsələlərdə dövlətin ali hakimiyyəti, xarici məsələlərdə isə müstəqil siyasət yürütməsi suverenliyin əsas mahiyyətini təşkil edir:

“Dövlətin parlamenti, icra və məhkəmə orqanları daxili qərarlarını kənar təsirlər olmadan qəbul edir. Xarici siyasətdə də müstəqillik prinsipi əsasdır. Lakin bu, o demək deyil ki, dövlət beynəlxalq hüquqi normaları və digər ölkələrin maraqlarını nəzərə almamalıdır. Dövlət bəzən beynəlxalq təşkilatlara qoşularaq müəyyən öhdəliklər qəbul edir və bu qərarlar daxili idarəetmə sisteminə də təsir edir”, – deyə hüquqşünas qeyd edib.

S. Məmmədov vurğulayıb ki, müasir dünyada “mütləq suverenlik” anlayışı mövcud deyil:

“1648-ci ildə Vestfal sülh müqaviləsindən sonra bu anlayış geniş istifadə olunsa da, İkinci Dünya müharibəsindən sonrakı dövrdə mütləq suverenlikdən danışmaq mümkün deyil. Dövlətlərin suverenliyi dedikdə məhz milli maraqları ön planda saxlamaqla beynəlxalq öhdəlikləri və əməkdaşlıq prinsiplərini nəzərə almaq başa düşülür. Məsələn, Avropa İttifaqı ölkələri bəzi səlahiyyətlərini birgə orqanlara ötürsələr də, bu onların suverenliyini itirməsi demək deyil. Çünki həmin qərarı da onlar öz iradələri ilə veriblər və istəsələr geri ala bilərlər”.

Ardı var...

 

Pərvanə Fərhadqızı

Chosen
96
qht.az

1Sources