EN

Lənkəranda AİLƏ FACİƏSİ: Avtomobil bacı-qardaşı vuraraq öldürdü

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Herbiand.az xəbər verir ki, hadisə Lənkəran - Lerik magistralında, Lənkəran rayonun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər - 2017-ci il təvəllüdlü Gülay Əlizadə və onun qardaşı 2016-cı il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq, onların həyatını xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırma aparılır.

Chosen
4
29
herbiand.az

10Sources