AZ

Lənkəranda “Mercedes” məktəbə gedən bacı-qardaşı vurub öldürdü

Lənkəranda məktəblilərin ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın verdiyi xəbərə görə, hadisə Lənkəran-Lerik magistralında Lənkəran rayonun Şovu kəndində qeydə alınıb.

Hərəkətdə olan “Mercedes” markalı nəqliyyat vasitəsi məktəbə gedən şagirdlər bacı 2017-ci il təvəllüdlü Gülay Əlizadə, qardaş 2014-cü il təvəllüdlü Ramid Əliyevi vurub. Hər iki məktəbli ağır vəziyyətdə Lənkəran rayon mərkəzi xəstəxanasına hospitalizasiya olunub. Buna baxmayaraq onların həyatını xilas etmək mümkün olmayıb.

Meyitlər aidiyyəti üzrə təhvil verilib.

Qeyd edək ki, hadisəni törədən “Mercedes” markalı nəqliyyat vasitəsi qəzadan sonra idarəetməni itirərək yol kənarına çıxıb.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Seçilən
12
27
azpost.info

10Mənbələr