EN

Bella Hadid xəstəxanaya yerləşdirildi Bu xəstəlik bizə diz çökdürdü

ain.az, Axsham.az portalına istinadən məlumat verir.

Fələstin əsilli amerikalı məşhur supermodel Bella Hadid xəstəxanaya yerləşdirilib.

Axşam.az xəbər verir ki, modeldə uzun müddət əziyyət çəkdiyi Lyme xəstəliyi (gənə ilə ötürülən borrelioz) yenidən yaranıb.

Anası Yolanda Hadid 28 yaşlı qızının xəstəxanadan çəkilmiş bir sıra fotolarını yayımlayaraq yazıb:

"Bellanın əzab çəkməsinə baxmaq dözülməzdir. Amma onun ağrısı mənimkindən qat-qat pisdir. 2013-cü ildə ona bu diaqnoz qoyulandan bəri yaşadığımız cəhənnəmi təsbir edəcək sözlər yoxdur. Bu xəstəlik bizə diz çökdürdü, amma biz həmişə ayağa qalxırıq. Biz birlikdə daha gözəl günlər üçün mübarizəmizi davam etdirəcəyik".

O, qeyd edib ki, on beş ildir dünyanın hər bir yerində həkim axtarışına çıxsalar da, hələ də müalicəsi tapılmayıb.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Chosen
28
axsam.az

1Sources