Avropa İttifaqının Genişlənmə üzrə komissarı Marta Kos iqtisadiyyat naziri Mikayıl Cabbarovla görüşüb.
APA xəbər verir ki, bu barədə komissar “X” hesbaında paylaşım edib.
“Regionda sülh bazarlar, ticarət və investisiyalar üçün imkanlar açır. Bu imkanlardan yararlanmaq üçün Yüksək Səviyyəli İqtisadi İşçi Qrupunun yaradılması barədə razılığa gəldik. Tərəfdaşlığımızı gücləndirməyə davam edəcəyik”, - paylaşımda deyilir.