EN

Azərbaycanın bank sektorunun orta göstəriciləri nəzərəçarpan dərəcədə yaxşılaşıb - "Fitch"

Beynəlxalq reytinq agentliyi "Fitch" Azərbaycanda 2017-ci ildən bəri bank sektorunun orta göstəricilərinin əhəmiyyətli dərəcədə yaxşılaşdığını bildirib.

Day.Az xəbər verir ki, bu barədə Trend "Fitch"-ə istinadən xəbər verir.

"Kreditlərin dollarlaşma səviyyəsi aşağı düşüb və aktivlərin keyfiyyəti ilə bağlı risklər azalıb", -deyə agentliyin icmalında qeyd olunur.

Eyni zamanda "Fitch" mümkün çağırışlara da diqqət çəkir. "2021-ci ildən bəri pərakəndə kreditləşmənin sürətli artımı sektorun həddindən artıq böyüməsinə səbəb ola bilər. Lakin Azərbaycan Mərkəzi Bankı kredit risklərinin azaldılması üçün qabaqlayıcı tədbirlər görür", - sənəddə bildirilir.

Bundan əlavə, agentlik ölkə iqtisadiyyatı üzrə yenilənmiş proqnozunu təqdim edib. "Gözləntilərimizə görə, Azərbaycanın ÜDM artımı 2025-ci ildə 3,5 faiz, 2026-cı ildə isə 2,5 faiz təşkil edəcək. Bu göstəricilər 2024-cü ildəki 4,1 faizlə müqayisədə aşağıdır", - analitiklər vurğulayıblar. Yavaşlamanın əsas səbəbi kimi isə "neft-qaz sektorundakı fəaliyyətin azalması və dünya bazarında qiymətlərin daha aşağı olması" göstərilib.

Chosen
16
2
day.az

4Sources