EN

Dünya Bankı Azərbaycanda layihəyə qrant ayırıb

ain.az bildirir, Apa.az saytına əsaslanaraq.

Azərbaycan Dünya Bankından "Yaşanılabilən Bakı" layihəsi üçün qrant əldə edib.

"APA-Economics" bu barədə Dünya Bankına istinadən xəbər verir. Məlumata görə, qrant vəsaitinin bir hissəsi Abşeron tullantı bölgəsində bərk məişət tullantılarının vahid idarə olunması üzrə texniki-iqtisadi əsaslandırmanın hazırlanmasına yönəldiləcək.

Layihə çərçivəsində məsləhətçi mövcud ilkin texniki-iqtisadi əsaslandırmanı nəzərdən keçirəcək, yeni məlumatları toplayacaq və təkmilləşdirilmiş əsaslandırma təqdim edəcək. İşlərə baza göstəricilərinin yenilənməsi, investisiya təkliflərinin hazırlanması, maliyyə və iqtisadi təhlillərin aparılması, konseptual layihənin və tender sənədlərinin hazırlanması daxildir.

Tapşırığın ümumi müddəti müqavilə imzalandıqdan sonra 6 ay təşkil edir və icrasına 2025-ci ilin noyabr ayında başlanılması planlaşdırılır. Layihənin ehtimal olunan ümumi dəyəri 505 min ABŞ dollarıdır.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Chosen
32
3
apa.az

4Sources