EN

Premyer Liqa: V tura bu gün iki oyunla start veriləcək » AzadMedia.az


 
Misli Premyer Liqasında V tura bu gün iki oyunla start veriləcək.

İlk olaraq "İmişli" "Karvan-Yevlax"ın qonağı olacaq.

Qarşılaşma saat 16:00-da start götürəcək. Hər iki komandanın 4 xalı var. "İmiş"li səkkizinci, "Karvan-Yevlax" doqquzuncu sıradadır.

Günün ikinci matçında "Zirə" "Şamaxı"nı qəbul edəcək. Bu görüş saat 18:30-da başlayacaq. 8 xala malik "Zirə" dördüncü, rəqibindən 3 xal geri qalan "Şamaxı" beşincidir.

Misli Premyer Liqası

I dövrə, V tur

19 sentyabr

16:00. "Karvan-Yevlax" – "İmişli"

Hakimlər: Elvin Bayramov, Vüsal Məmmədov, Eyyub İbrahimov, Rəşad Əhmədov.

VAR: İnqilab Məmmədov.

AVAR: Namik Hüseynov.

Hakim-inspektor: Orxan Məmmədov.

AFFA nümayəndəsi: Erkin Hüseynov.

Şamaxı şəhər stadionu

18:30. "Zirə" – "Şamaxı"

Hakimlər: Cavid Cəlilov, Kamran Bayramov, Rahil Ramazanov, Vüqar Həsənli.

VAR: Rauf Cabarov.

AVAR: Müslüm Əliyev.

Hakim-inspektor: Babək Quliyev.

AFFA nümayəndəsi: Zaur Hacı-Məhərrəmov.

Zirə İdman Kompleksinin stadionu

Qeyd edək ki, turun digər matçları sentyabrın 20-21-də keçiriləcək.
Chosen
36
4
azadmedia.az

9Sources